ONN İnformasiya Agentliyi

Bakıda yol qəzaları əsasən hansı ərazilərdə baş verir? - VİDEO

Bakıda yol qəzaları əsasən hansı ərazilərdə baş verir? - VİDEO
4-02-2019, 20:25


Bakı şəhərində ən çox qəzaların baş verdiyi yerlər açıqlanıb. Beləki 2018 ci ilin qəza təhlilləri nəticəsində məlum olub ki, şəhərdə sürətli olan yollarda qəzalar daha çox baş verir.

ONN media xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə qəzalar ən çox Ziya Bünyadov, Heydər əliyev, Qara Qarayev, Azadlıq, Neftçilər, Moskva prospektləri, Buzovna, Maştağa yolu, kənar dairəvi yollarda baş verib.

Ötən il baş verən qəzaların 62 % lik hissəsi isə piyada vurmaların payına düşüb. Bununda özünə məxsus səbəbləri var.

Ümumilikdə 2018-ci il ərzində Bakıda 619 yol nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb.(xezerxeber.az)

 

https://www.youtube.com/watch?v=pnMNtAFIijs
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png