Bakıda yeraltı və yerüstü piyada keçidləri ətrafında yol polisi tərəfindən nəzarət gücləndirilib.
Bu barədə ONN media-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, piyadaların avtomobillərlə vurulması yol nəqliyyat hadisələrində çoxluq təşkil edir ki, bu da çox ciddi narahatçılıq doğurur. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün yeraltı və yürüstü piyada keçidləri ətrafında yol polisi nəfərlərinin sayı artırılıb və nəzarət gücləndirilib:
“Eyni zamanda təbliğat işləri aparılır ki, hər kəs bu tələbləri bilsin və yerinə yetirsin. Piyadalara da müraciət edirik ki, yolu keçərkən piyada keçidlərindən istifadə etsinlər".
Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 806 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərərçəkənlərin sayı 6,4 faiz azalaraq 1074 nəfər olub, onlardan 311-i həlak olub, 763-ü isə yaralanıb. Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,5 faizi (2,2 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 19,0 faizi (1,9 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.



Bilgəhlilər yolu bağladı: hansı tədbir görüləcək?
Yol polisi piyadalara müraciət etdi
Yeraltı və yerüstü piyada keçidlərində maska məcburidir?
Bu yeraltı piyada keçidləri bağlandı
Yeni tədris ili başlayır: DYP-dən daha bir müraciət
DİN piyada və sürücülərə müraciət etdi
Bakıda 108 sərxoş sürücü aşkarlandı
Bakıda karantin postları yenidən qurulur
Bakı yollarında tıxacın əsas səbəbi nədir?- AÇIQLAMA
Yol polisindən sürücü və piyadalara çağırış
Nazir Vaqif Əsədovun yerinə onu təyin etdi
Bakıda ana və övladı maşının altında qaldı - QORXUNC GÖRÜNTÜLƏR - VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 