İranda Novruz bayramında baş vermiş yol qəzaları nəticəsində 288 nəfər dünyasını dəyişib.
ONN media xəbər verir ki, bu barədə İranın yol polisi idarəsi (RAHVAR) məlumat yayıb.
Qeyd olunub ki, hər saata 2 nəfər həlak olub.
Qəzaların böyük əksəriyyəti hava şəraitinin kəskin pisləşməsi səbəbindən baş verib.
Yol polisi bildirib ki, son 24 saat ərzində baş verən qəzaların təxminən 30%-i yorğunluq və yuxusuzluq səbəbindən olub.
Həmçinin, polis iranlı sürücüləri lüzumsuz səfərlərdən çəkinməyə, təcili ehtiyac yarandıqda isə avtomobilləri qış təkərlərində idarə etməyə çağırıb.