Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Minalardan təmizləmə üzrə Çevik Qrupu və Kinoloji taboru, Zabrat hava limanında Aviasiya Təhlükəsizlik İdarəsi ilə birlikdə praktiki məşğələ keçirib. FHN-dən ONN media -ya bildiriblər ki, məşğələnin keçirilməsində əsas məqsəd pirotexnik və istehkamçıların bilik və bacarıqlarının təkmilləşdirilməsi, robot texnikasının ərazidə idarə olunması, xüsusi təlim görmüş itlərin tətbiqi və aeroportun təhlükəsizlik işçiləri ilə qarşılıqlı fəaliyyətin təşkili olub. Şərti olaraq “112” zəng mərkəzinə daxil olmuş əməliyyat məlumatına əsasən hadisə yerinə minalardan təmizləmə və kinoloji qrupun şəxsi heyəti ilə xüsusi təlim görmüş itləri cəlb olunub. Ərazidə olan insanların təhlükəsiz məsafəyə evakuasiya olunduğuna əmin olduqdan sonra adı qeyd olunan obyektdə əməliyyatın başlanması üçün qərar qəbul edilib. Xüsusi avadanlıq və xüsusi təlim keçmiş xidməti itlərin vasitəsilə təcili-təxirəsalınmaz əməliyyat-axtarış, texniki baxış həyata keçirilərkən gözləmə zalında və parklanma meydançasında yerləşən avtomobilin altında sahibsiz şübhəli əşya aşkar edilib. Kinoloq tərəfindən tətbiq olunmuş it və keçirilmiş müayinə nəticəsində çantaların içində partlayıcı maddələrin olması təsdiqlənib. Aşkar olunmuş partlayış təhlükəli əşyaların təhlükəsiz şəraitdə daşınaraq ərazidən uzaqlaşdırılması və xüsusi ayrılmış partlayış meydançasında məhv edilməsi qərara alınaraq robot vasitəsilə ərazidən götürülüb. Əməliyyatın yekununda partlayış təhlükəli əşyalar xüsusi qoşquya qoyularaq partlayış meydançasına daşınıb.
FHN Zabrat hava limanında praktiki məşğələ keçirdi - FOTOLAR



Zabrat Hava Limanı ərazisində təlim keçirildi
Şuşa-Füzuli yolu minalardan təmizlənir
Bakıda top mərmisi tapıldı
Naxçıvan qoşunlarında xüsusi məşğələ keçirildi
Bakıda qumbara tapıldı
FHN Nabranda itən və sonradan tapılan azyaşlı ilə bağlı məlumat yaydı
Nərimanovda təhlükəli tapıntı aşkar edildi
Bakıda silah-sursat aşkarlanıb
Bakıda hərbi sursatlar tapıldı
FHN Sumqayıtda əməliyyat keçirdi - Təhlükəli mərmi aşkarlandı
Yasamalda hərbi sursat aşkarlandı
Xilasedicilərimiz 26 nəfəri dağıntılar altından çıxarıb
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 