ONN İnformasiya Agentliyi

Azərbaycan nefti də bahalaşdı

Azərbaycan nefti də bahalaşdı
26 İyun 2020 - 10:18

Dünya birjalarında neftin qiyməti qalxır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,56 dollar artaraq 41,61 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,49 dollar bahalaşaraq 39,21 dollar təşkil edib.

Azərbaycan nefti də bahalaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,62 dollar artaraq 42,19 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png