ONN İnformasiya Agentliyi

Bakı əhalisi 6 ayda nə qədər pul xərcləyib?

Bakı əhalisi 6 ayda nə qədər pul xərcləyib?
01 Sentyabr 2020 - 23:32

2020-ci ilin yanvar-iyun aylarında əhalinin tələbatlarının ödənilməsi məqsədilə Bakının istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 12 milyard 421,8 milyon manat olmaqla 2019-cu ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,9 faiz azalıb.

ONN media xəbər verir ki, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 96,8 faizini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsindən real ifadədə 6,0 faiz azalaraq 12 milyard 025,0 milyon manat olub.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz azalaraq 4467,1 milyon manat təşkil edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png