ONN İnformasiya Agentliyi

Bu bank kartlarından vəsaitlər silinir- Nə baş verir?

Bu bank kartlarından vəsaitlər silinir- Nə baş verir?
07 Yanvar 2020 - 9:16

Unibank”a məxsus debet kartların balansından dünən axşam saatlarından etibarən vəsaitlərin silinməsi müştərilərin haqlı narazılığına səbəb olub.

ONN media xəbər verir ki, bununla bağlı bankın müştəriləri sosial şəbəkələrdə məlumat yayıblar.

Məlumata görə, silinən vəsaitlərin məbləği müştəridən asılı olaraq dəyişir. Bəzi kart istifadəçiləri isə əksinə, balanslarına əlavə vəsaitlərin yükləndiyini bildiriblər.

Bankın yaydığı açıqlamada yaranan problemin texniki yenilənmə ilə bağlı olduğu bildirilib.

“Bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub. Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar.

Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək. Xahiş edirik, narahat olmayasınız”, – deyə “Unibank”ın açıqlamasında bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png