ONN İnformasiya Agentliyi

Maliyyə savadlılığı portalında “Şəxsi pul vəsaitlərinin idarə olunması” animasiyası yerləşdirildi

Maliyyə savadlılığı portalında “Şəxsi pul vəsaitlərinin idarə olunması” animasiyası yerləşdirildi
01 Noyabr 2018 - 12:12

ONN media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkə əhalisinin maliyyə savadlılığı səviyyəsinin artırılması tədbirlərinin icrası Mərkəzi Banka həvalə olunmuşdur. Bu tədbirlərin effektiv icrası və maarifləndirmə işlərinin əhatəsinin genişləndirilməsi üçün Mərkəzi Bank tərəfindən 2015-ci ildə istifadəyə verilmiş və çoxsaylı maarifləndirici animasiyalar, öyrədici resurslar, kalkulyatorlar və intellektual oyunların yer aldığı Maliyyə savadlılığı portalının (www.bizimpullar.az) məzmunu vaxtaşırı zənginləşdirilir.

Maliyyə savadlılığı portalında geniş əhali üçün "Şəxsi pul vəsaitlərinin idarə olunması" adlı yeni animasiya yerləşdirilmişdir. Animasiyada şəxsi pul vəsaitlərinin həm gündəlik tələbatı, həm də gələcək xərcləri ödəməsi haqqında bir sıra tövsiyələr verilir. Eyni zamanda, animasiyada pul vəsaitlərinin səmərəli bölünməsi, yerləşdirilməsi, düzgün istiqamətdə istifadəsi strategiyaları, şərtləri və digər vacib məsələlər barədə faydalı məlumatlar təqdim edilir. Animasiyaya keçid linki: https://bizimpullar.az/popup/media/120?cat=Blocks&file=0

Portala internet bağlantısı olan mobil cihaz, yaxud kompüter vasitəsilə daxil olaraq informativ materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, virtual muzey və digər rubrikalar, eləcə də AMB-nin maliyyə savadlılığı istiqamətində həyata keçirdiyi tədbirlərlə tanış olmaq mümkündür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png