ONN media

Bakıda polis rəisi həbs edildi

Bakıda polis rəisi həbs edildi
26 Dekabr 2017 - 1:23

ONN media “Criminal.az”a istinadən verdiyi məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunda rəis, polis pokovniki Fərhad Məmmədxanlı həbs edilib.

Məlumata görə, F.Məmmədxanlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib.

Fərhad Məmmədxanlı işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa mağazadan “Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsəində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, F.Məmmədxanlı ondan pulunu istəyən şəxsləri şərləyərək tutuduracağı ilə hədələyirmiş

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png