ONN media

ALABİNODA SENSASİYA- ƏBÜLFƏT MƏHƏRRƏMLİ YAZIR

ALABİNODA SENSASİYA- ƏBÜLFƏT MƏHƏRRƏMLİ YAZIR
26 Avqust 2019 - 10:30

Əbülfət MƏHƏRRƏMLİ , xüsusi olaraq ONN media üçün.

Zəlimxan Yaqubun ordu haqqında gözəl bir şeiri var və şair bir qədər sərt olsa da, haqlı olaraq deyir: Ordum varsa, yurdum var, ordum yoxsa, yurdum yox. Bu gün Silahlı Qüvvələrimizin var olduğunu təkcə beynəlxalq ekspertlərin hazırladığı reytinq siyahısı, düşmənin təmas xəttində aldığı zərbələr göstərmir. Müstəqillik illərində nail olduğu güc və qüdrəti ordumuz həm də Rusiyanın təşəbbüsü ilə artıq beşinci dəfə keçirilən “Beynəlxalq Ordu Oyunları”nda dünyaya nümayiş etdirir.

Müsabiqələr 10 ölkənin, o cümlədən Azərbaycanın ərazisində keçirilirdi. Döyüşçülərimiz yarışların altı – “Dəniz kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi”, “Hərbi-tibbi estafet”, “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” nominasiyalarında ustalıqlarını nümayiş etdirməyə çalışdılar.

Azərbaycan hərbçiləri arasında ən yüksək nəticəyə ölkəmizdə təşkil edilmiş yarışlarda hərbi dənizçilərimiz nail olmağı bacardılar.

“Dəniz kuboku” müsabiqəsində dörd ölkənin – Azərbaycan, İran, Qazaxıstan və Rusiyanın hərbi gəmiləri iştirak edirdi. Komandalar “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” mərhələləri üzrə müxtəlif tapşırıqları yerinə yetirirdilər. Beynəlxalq hakimlər briqadasının qərarına əsasən, Azərbaycan 212 balla birinci, Rusiya 186 balla ikinci, Qazaxıstan 142 balla üçüncü, İran komandası isə 136 balla dördüncü yerə layiq görüldülər. Qürurvericidir ki, Azərbaycan hərbi dənizçiləri daha müasir gəmilərlə yarışa qatılan rəqiblərini xeyli qabaqlayıb “Dəniz kuboku – 2019” müsabiqəsinin qalibi oldular. Bu qələbə həm də Hərbi Dəniz Qüvvələrimizin gücündən xəbər verir. Eşq olsun Xəzər sularında sərhədlərimizin keşiyində dayanan oğullara!

Artilleriyanın quru qoşunlarının əsas vuran əli olduğunu mütəxəssislər yaxşı bilir və müasir hərbi əməliyyatlarda onun böyük önəmi var. Xoşdur ki, “Beynəlxalq Ordu Oyunları”nda general Şıxlinskinin davamçıları ölkəmizi və ordumuzu ləyaqətlə təmsil edə biliblər. Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsində 11 ölkədən topçuların qatıldığı yarışlarda Silahlı Qüvvələrimizin bu qoşun növünün nümayəndələri hədəflərə sərrast atəş açıblar. Azərbacan hərbçiləri Belarusiya, Ermənistan, İran, Venesuela, Suriya, Zimbabve artilleriyaçılarını qabaqlayaraq dördüncü nəticə göstəriblər. Müsabiqədə Qazaxıstan komandası birinci, Rusiya ikinci, Özbəkistan isə üçüncü yerlərə layiq görülüblər. Artilleriyanın quru qoşunlarının əsas vuran əli olduğunu mütəxəssislər yaxşı bilirlər və müasir hərbi əməliyyatlarda onun böyük önəmi var. Xoşdur ki, “Beynəlxalq Ordu Oyunları”nda general Şıxlinskinin davamçıları ölkəmizi və ordumuzu ləyaqətlə təmsil edə biliblər. Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsində 11 ölkədən topçuların qatıldığı yarışlarda Silahlı Qüvvələrimizin bu qoşun növünün nümayəndələri hədəflərə sərrast atəş açıblar. Azərbacan hərbçiləri Belarusiya, Ermənistan, İran, Venesuela, Suriya, Zimbabve artilleriyaçılarını qabaqlayaraq dördüncü nəticə göstəriblər. Müsabiqədə Qazaxıstan komandası birinci, Rusiya ikinci, Özbəkistan isə üçüncü yerlərə layiq görülüblər. Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsində 11 komanda arasında Azərbaycanın kişilərdən ibarət heyəti də uğurla çıxış etdi və 111 xalla üçüncü yerə layiq görüldü. Onlar Ermənistan, Belarus, Vyetnam və digər ölkələrin komandalarını bir çox göstəricilərə görə üstələməyi bacardılar. Özbəkistan hərbi təbabətçiləri“Hərbi-tibbi estafet” müsabiqəsində birinci, Qazaxıstanın komandası isə ikinci yerə çıxdı. Yarışın nəticələri göstərir ki, ordumuzda tibbin inkişafına yüksək diqqət yetirilir. Müsabiqənin yekununda Azərbaycan Silahlı Qüvvələrinin kişilərdən ibarət hərbi həkimlər komandası kubok və medalla təltif olundu.

Beynəlxalq Ordu Oyunları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsi də Azərbaycan hərbçiləri üçün uğurlu olub. Yarışda Rusiya Federasiyasının komandası birinci, Belarusiya ikinci, Qazaxıstan üçüncü, Azərbaycan komandası isə dördüncü nəticə göstərib. Arxa cəbhəçilərimiz 13 komanda arasında mübarizə aparmaqla bu nəticəyə nail olub. Müsabiqə zamanı komandamız Anqola, Ermənistan, Vyetnam, Konqo, İsrail, Monqioliya Şri-Lanka, Car kimi ölkələrin komandalarını qabaqlamağı bacarıb.

Zənnimcə, Beynəlxalq Ordu Oyunları çərçivəsində “Tank biatlonu” xüsusi yer tutur və Azərbacan Silahlı Qüvvələrinin tankçıları yarışlar zamanı sözün həqiqi mənasında sensasiya yaratmaqla hərbi mütəxəssisləri heyrətləndirməyi bacardılar. Sensasiya isə Alabino poliqonunda keçirilən yarımfinal yarışlarında baş verdi. Tank heyətlərimiz mütəxəssislərin ehtimallarını alt-üst edərək Qazaxıstan komandasından sonra ikinci yeri tutdu və finala çıxdı. Maraqlıdır ki, bu estafetdə tankçılarımız dünyanın ən güclü ordularından birinə malik və Beynəlxalq Ordu Oyunlarına öz ölkələrinin istehsalı olan müasir tanklarda gəlmiş Çin komandasının finala çıxışına mane oldu.

Tankçılarımızın qəhrəmanlığı Rusiya kütləvi informasiya vasitələrinin diqqətindən yayınmamışdı. “Krasnaya zvezda” qəzetində işıq üzü görmüş “Birinci yarımfinalın sensasiyası” adlı yazıda qeyd edilirdi ki, poliqonun tribunasını doldurmuş tamaşaçılar tank estafeti yarımfinalında üstünlüyü Çin və qazax yığmalarına verirdilər. Ancaq bu ehtimalların yalnız yarısı özünü doğrultdu. “Bu günün sensasiyası isə Azərbaycan komandasının ikinci yeri tutması oldu”.

“Zvezda” telekanalının aparıcısı isə həmin günlərdə tankçılarımızın Alabino poliqonunda göstərdiyi şücaətdən heyrətləndiyini gizlətmirdi: “ Final yürüşünə çıxmış şəxslər barədə danışarkən, əlbəttə, ilk növbədə Azərbaycan Respublikasının komandasını ayrıca qeyd etmək lazımdır. Azərbaycan komandası, həqiqətən, praktik olaraq mümkün olmayanı etdilər və güclülər sırasına daxil oldular”.

Tankçılarımızın final estafetində dördüncü yeri tutması yüksək nəticədir və bu, komandamızın ustalığından və böyük potensialından xəbər verir. Xatırlatmağa dəyər ki, “Beynəlxalq Ordu Oyunları”nın əsas müsabiqələrindən olan “Tank biatlonu”nda hərbçilərimiz 23 komandadan 19-nu arxada qoydu. Vətən oğulları Çin, İran, Serbiya, Özbəkistan, Venesuela, Vyetnam, Kuba, Myanma, Monqoliya, Anqola, Ermənistan, Zimbabve, Qırğızıstan, Küveyt, Laos, Suriya və başka ölkələrin tankçılarından üstün olaraq adlarını oyunların tarixinə yazdırmağı bacardılar.

Xoşdur ki, “Tank biatlonu” müsabiqəsində ölkəmizi təmsil edən gizir Samir İsgəndərov göstərdiyi döyüş bacarığına görə “Beynəlxalq Ordu Oyunları-2019”un medalı ilə təltif edildi. Bu uğurlar ümumilikdə ordumuzun nailiyyətidir və uzun illərin zəhmətinin bəhrəsidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
ALABİNODA SENSASİYA- ƏBÜLFƏT MƏHƏRRƏMLİ YAZIR
ALABİNODA SENSASİYA- ƏBÜLFƏT MƏHƏRRƏMLİ YAZIR
ALABİNODA SENSASİYA- ƏBÜLFƏT MƏHƏRRƏMLİ YAZIR
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png