ONN İnformasiya Agentliyi

Çay paketlərini kim icad edib? — MARAQLI FAKTLAR

Çay paketlərini kim icad edib? — MARAQLI FAKTLAR
30 Noyabr 2019 - 4:14
Gündəlik həyatımızda istifadə etdiyimiz çay paketləri kim tərəfindən icad edilib?

ONN media xəbər verir ki, rəsmi olaraq, çay paketlərinin Nyu-Yorkdan olan gənc iş adamı Tom Sallivan tərəfindən icad edildiyi bildirilir. Şəhərin müxtəlif restoranlarına çay satan gənc, bu yolla tezliklə varlanmağın yolların axtarırdı.  Bir dəfə onun ağlına maraqlı fikir gəlir – çayı çəki ilə deyil, daha çox gəlir gətirəcək kiçik qablaşdırmada satmaq.  Sallivanın ilk çay torbaları ipəkdən hazırlanmışdı. Bu əl ilə tikilmiş kiçik çantalar formasında idi.

Tomun varlanmaq istəyi özünü doğrultdu. Restoran sahibləri müştərilərə daha sürətli xidmət etməyə imkan verən kiçik çay qablaşdırma ideyasını bəyəndilər. Tezliklə, torbalar ipəkdən deyil, tənzifdən tikilməyə başlanıldı. Amerikanın digər çay ticarətiçiləri də Sallivanın bu icadından istifadə etməyə başladılar. 1914-cü ildə çay torbaları Avropada da məşhurlaşmağa başladı.

Əslində isə ilk dəfə çayı kiçik paketlərdə icad edən Sallivan deyil, Tomas Lipton olub. Əlbətdə ki,Tom Sallivan məşhur çay taciri Liptonu tanıyırdı, lakin çayı paketləmək  ideyasının məhz ona aid oduğunu bilmirdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png