Artıq yay ayları gəlir və yun adyalların, yorğanların, xalçaların təmizlənərək götürülməsinə başlanılır. Amma xalçaları yumaq elə də asan deyil və buna xeyli zaman sərf etməli olursunuz.
ONN media-nın verəcəyi bu üsulla xalçalarınızı asanlıqla təmizləyə biləcəksiniz.
Asan üsul:
Bir paket qarğıdalı nişastasını alın və xalçanızın hər yerinə bərabər şəkildə tökün.
5 dəqiqə gözləyin. Sonra tozsoran vasitəsilə xalçanın üzərindəki nişastanı təmizləyin.
Xalçanızın tər-təmiz olduğunu görəcəksiniz. Həmçinin, nişasta xalçada olan mikrobların da yox olmasını təmin edəcək.