Paltaryuyan maşında paltar yumaq qulağa asan gəlsə də, bu zaman müəyyən məqamlara diqqət edilməsə, problemlər yarana bilər.
ONN media həmin məqamları diqqətinizə çatdırır.
Çox isti suda paltar yumaq
Paltarlar ilıq suda yuyulduqda forma və rəng itkisi minimuma enir. Yüksək istilik paltarların formasını və rəngini itirərək daha tez köhnəlməsinə səbəb olur.
Həmçinin ilıq su, ləkələri çıxarmaqda isti su qədər təsirlidir.
Paltaryuyan maşını çox ləkəli paltarla doldurmaq
Çox ləkəli paltarlar əvvəlcə isladılaraq yuyulmalı və sonra paltaryuyan maşına qoyulmalıdır. Çox ləkəli paltarlar əldə ləkə çıxarıcı yuyucu vasitələrlə yuyulmalıdır.
Qoltuq altı ləkələrini limon suyu köməyi ilə çıxara bilərsiniz. Ot ləkəsi isə sirkə və yuyucu vasitə qarışımı ilə asanca çıxacaq.
Həddindən artıq yuyucu vasitə və yumşaldıcı istifadəsi
Həddindən çox yuyucu vasitə və yumşaldıcı paltaryuyan maşının xəzinəsini tıxayaraq pis qoxu yaranmasına səbəb ola bilər.
Çoxlu yuyucu vasitə tökərək kirli paltarları yumaq yerinə iki dəfə normal ölçüdə yuyucu vasitə istifadə edərək, yuya bilərsiniz.
Zərif paltarları paltaryuyan maşında yumaq
Paltaryuyan maşında normal yuma prosesi büstqalterinizin formasını itirməsinə səbəb olar. Buna görə büstqalter kimi həssas paltarları əldə yuyun.
Cinsləri tez-tez yumaq
Cins paltarlarınızın rənginin itməməsi üçün paltaryuyan maşında yumağa son qoymalısınız. Əgər cinslərinizi paltaryuyan maşında yumaqda israrlısınızsa, 6 ayda sadəcə iki dəfə yumalısınız. Cinslər üçün ən uyğun yuma şəkli əldə yumaqdır.
Paltaryuyan maşına qulluq göstərməmək
Çirk, yuyucu vasitə qalıqları və kirəçlənmə kimi faktorlar maşının ömrünü azaldır.
Buna əngəl olmaq üçün:
- Yumadan sonra paltaryuyanın qapağını havalanması üçün açıq qoyun
- Qapağındakı silikonun arasına yığılan qalıqları təmizləyin
- Yuyucu vasitə qoyulan bölməni ayda bir dəfə təmizləyin
- Ayda bir dəfə paltaryuyanın içinə sirkə və yuyucu vasitə tökərək işlədin



785
Paltar yuyarkən BU SƏHVLƏRİ etməyin
Paltaryuyan maşından istifadə edənlərin DİQQƏTİNƏ: Yalnız bu halda...
Ağ rəngli paltarlardan ləkəni belə təmizləyin
Pişik 40 dəqiqə paltaryuyan maşında yuyuldu, sağ qaldı
Ana yeni doğulmuş uşağını paltaryuyan maşında yudu
Paltarlarınızın rənginin solmaması üçün bunları edin
Geyimlərinizi ilk günkü kimi saxlamaq üçün 15 ÜSUL
3 yaşlı uşağına acığı tutan atadan QORXUNC ƏMƏL
Termosları təmizləməyin 3 ASAN ÜSULU
Qabları yuyanda bir çox qadınların etdiyi 4 SƏHV
Paltardakı yağ ləkəsini belə təmizləyin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 