ONN İnformasiya Agentliyi

Ağcaqanadlar hansı xəstəlikləri yayır?

Ağcaqanadlar hansı xəstəlikləri yayır?
09 İyun 2019 - 2:00

“Ağcaqanadlar bir çox xəstəliklərin yayılmasına səbəb olur. Bu həşəratların sancması nəticəsində insan malyariya, hepatit C, B və sairə xəstəliklərə yoluxa bilər”.

ONN media xəbər verir ki, bunu terapevt Günel Verdiyeva bildirib. Həkim deyib ki, ağcaqanad tək insanın yox, heyvanların da qanını sorur və nəticədə sözügedən heyvanlarda olan xəstəliklərin daşıyıcısına çevrilir.

Bu səbəbdən həkim qeyd edib ki, ağcaqanadlardan qorunmaq üçün müxtəlif vasitələrdən istifadə edilməlidir: “Bu həşəratlar daha çox nəmişlik olan yerdə artır. Göl, dəniz olan yerlərdə ağcaqanad da çox olur. Bəzi yerlərdə isə gölməçələr olmasa da, yaşayış evlərinin zirzəmisində su axması nəticəsində nəmişlik yaranır və bu da ağcaqanadların artmasına səbəb olur. Həmçinin əgər evdə həşəratlar çoxalırsa, bu zaman Gigiyena və Epidemiologiya Mərkəzindən yardım istəmək lazımdır ki, zirzəmilər dezinfeksiya olunsun”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png