ONN İnformasiya Agentliyi

Ayı avtomobilin qapısını açdı və… – Sürücü ŞOK YAŞADI

Ayı avtomobilin qapısını açdı və… – Sürücü ŞOK YAŞADI
20 Noyabr 2019 - 22:13

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

ONN media xəbər verir ki, təhlükəsizlik kamerasına düşən görüntülərdə ayının yol kənarında dayanan avtomobilə daxil olaraq, içərisində yuxuya getməsi əks olunub.

Kadrlar ABŞ-ın Kaliforniya ştatında Taho gölünün yaxınlığında çəkilib. Adam Armstrong adlı şəxs avtomobilini qapısı açıq vəziyyətdə qoyaraq yatmağa gedib.

O, ayılanda avtomobilinin qapısının açıq olduğunu görüb. Təhlükəsizlik kamerasına düşən görüntüləri izləyən kişi təəccüblənib.

Belə ki, görüntülərə görə meşə ayısı onun “Subaru” markalı avtomobilinin arxa sərnişin qapısını açaraq maşına daxil olub və orada yatıb.

“Səhər ayılanda gördüm ki, maşının qapısı açıqdı. Əvvəlcə qorxdum. Görüntülərə baxanda təəccübləndim. Amma maşına ziyan dəyməmişdi”, – Adam Armstrong söyləyib.(milli.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png