ONN İnformasiya Agentliyi

Bu meyvənin faydalarına inanmayacaqsınız

Bu meyvənin faydalarına inanmayacaqsınız
24 Oktyabr 2019 - 8:07

Albalıda qanın laxtalanmasını normallaşdıran maddələr vardır. Bu maddələr qanın laxtalanmasını azaltmaqla infarktın qabağını alır. Albalı iştahı artırır, qanazlığında yeyilməsi məsləhət görülür. Meyvəsi və şirəsi antiseptik xassəyə malikdir.

ONN media xəbər verir ki, xalq təbabətində albalı şirəsi astma xəstəliklərində bəlğəmgətirici kimi işlədilir və sinəni yumşaldır. Bunlardan başqa artiritdə, ürəkkeçmədə və əsəb xəstəliklərində məsləhətdir. O, hərarəti aşağı salır, bel ağrılarını sakitləşdirir və cinsi fəaliyyəti gücləndirir. Albalı şirəsi susuzluğu, qan təzyiqini və ödün sürətli ifrazını azaldır. Təzə albalıdan hazırlanmış mors qızdırmada (titrəmə – qızdırmada) kömək edir. Bədəndəki boşluqlara su yığılması (xəstəliyi) və sidikdaşı xəstəliklərində sidikqovucu, ishalda isə bərkidici kimi istifadə edilir. Bu məqsədlə meyvələrin saplaqlarından da istifadə edilir. Saplaqlarının həlimi aşağıdakı kimi hazırlanır: iki xörək qaşığı saplaqları bir stəkan suda 20 dəq. qaynadılır.

Cavan budaqlarının həlimi ishal əleyhinə istifadə edilir. Albalını süddə dəmləyib içmək iştahanı artırır.

Titrətmə – qızdırmada susuzluğu yatızdırmaq üçün xəstəyə albalı meyvəsi və şirəsi verilməsi faydalıdır.

İshalda uşaqlar üçün albalının quru budaqları yaxşı vasitədir. Bunun üçün 5 – 6 xırda budağı qopardıb 1 litr su töküb 10-15 dəq. sakit odda qaynatmaq, soyutmaq, süzmək. Bunu su əvəzinə uşağa içirtmək faydalıdır

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png