ONN İnformasiya Agentliyi

Gündə iki stəkan çay içmək… — BİLMƏDİYİMİZ FAYDALAR

Gündə iki stəkan çay içmək… — BİLMƏDİYİMİZ FAYDALAR
08 İyun 2019 - 2:52
Çay Şərq cəmiyyətlərinin vazkeçilməz içkisidir. Xüsusən də Azərbaycanda çay içmək həyatımızın ayrılmaz hissəsinə çevrilib.

ONN media xəbər verir ki, zaman-zaman çayın faydaları və ziyanı barədə müzakirələr aparılıb. Bu yaxınlarda isə alimlər çayın bu günə qədər bilinməyən yeni faydalarını aşkar ediblər.

Çayın tərkibindəki polifenol və kateşinlər bəzi xərçəng növlərinin qarşısını alır.

Bundan başqa çayın tərkibindəki polifenol DNA xəstəliklərinin qarşısını alır.

Çay qarın bölgəsində yaranan yağlanmanın qarşısını alır.

Gündə ən azı 2 stəkan çay içmək stres hormonu olan kortizolun miqdarını azaldır.

Çayın tərkibindəki fito kimyəvi maddələr sümüklərə faydalıdır və sümük qalınlığını artırır.

Çay arıqlamaq istəyənlər üçün də faydalıdır.

Gündə iki stəkan açıq rəngli və limonlu çay orqanizmin antioksidant ehtiyacını təmin edir.

Elmi tədqiqatlar nəticəsində məlum olub ki, çayın tərkibindəki L-Theanine sayəsində orqanizm rahatlıq əldə edir.

Qeyd edək ki, təcrübələrdə sağlam insanlar iştirak edib. Ürək, qan təzyiqi problemi olanlar isə həkimlə məsləhətləşməlidirlər.(ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png