ONN İnformasiya Agentliyi

Homerin poemasına aid gil lövhə tapılıb

Homerin poemasına aid gil lövhə tapılıb
12 İyul 2018 - 11:38

Yunanıstanda Homerin “Odissey” poemasına aid gil lövhə tapılıb.

ONN media rus mətbuatına istinadən xəbər verir ki, “Odissey” poemasının 13-cü sətrinin yazılmış olduğu gil lövhə Yunanıstanın Elida bölgəsində yerləşən Olimpiya şəhərindəki antik yunan məbədi yaxınlığından aparılan qazıntılar zamanı tapılıb.

Lövhə əsrlərdən bəri yığılıb kirəcləşən qalıqlardan təmizləndikdən sonra üzərində Odisseyin sadiq dostu Evmeyin çıxışına aid misraların olduğu müəyyənləşdirilib.

Yunanıstan Mədəniyyət Nazirliyinin verdiyi açıqlamaya görə, laboratoriyalarda bəzi şübhıli məqamlar tam təsdiqlənsə tapıntı Homer eposlarının indiyə qədər olan ən qədim yazılı mətn kimi qəbul ediləcək: "Belə bir şey tapacağımızı təxmin etmirdik. Bu kəşf çox dəyərlidir. Olimpiya torpağının bizə daha qiymətli xəzinələr verəcəyinə inanıram."

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png