ONN İnformasiya Agentliyi

Kartof əzməsinin faydaları aşkarlandı

Kartof əzməsinin faydaları aşkarlandı
28 Oktyabr 2019 - 3:40

Kartof əzməsinin bilinməyən faydalı tərəfləri aşkarlanıb.

ONN media bildirir ki, uzunmüddətli məşqlər zamanı kartof əzməsini yemək idmançılara qanda qlükozanın səviyyəsini saxlamaq üçün istifadə edilən karbohidrat tərkibli gellə eyni effekti verir.

Alimlərin gəldiyi nəticələr “Journal of Applied Physiology” nəşrində yer alıb.
Araşdırmalarda velo-idmanla məşğul olan 12 şəxs iştirak edib. Orta hesabla onların hər biri həftə ərzində velosipedlə 267 kilometr yol qət edib. İdmançılar 3 qrupa bölünüb. Birinci hissəsinə məşqlər zamanı yalnız su, ikinci qrupa gel, üçüncülərə isə kartof əzməsi verilib.

Alimlər qərara gəliblər ki, kartof əzməsi və gel qəbul edən idmançıların göstəricilərində heç bir fərq olmayıb. Onlar yalnız sudan istifadə edən idmançılardan daha uğurlu nəticə göstəriblər.(ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png