ONN İnformasiya Agentliyi

Leyləklərin məhəbbəti dünyanı qısqandırır

Leyləklərin məhəbbəti dünyanı qısqandırır
27 Aprel 2018 - 5:20

Xorvatiyanın kiçik bir kəndində yaşayan Styepan Vokik adlı adam ovçular tərəfindən vurulmuş və qanadı yaralandığı üçün uça bilməyən dişi leylək Malenanı 20 ildir ki, övladlığa götürüb.

ONN media xəbər verir ki, Malena Styepan Vokikin evinin damında yaşayır və uça bilmədiyi üçün isti ölkələrə köç edə bilmir. Amma bu Malena və Klepatan adlı erkək leyləyin məhəbbətinə mane olmur.

Klepatan 16 il əvvəl Cənubi Afrikaya köç etdikdən sonra geri qayıdarkən məhəbbət yaşadığı Malenanı unutmayıb. Köç edərkən ona yoldaşlıq edə bilməyən Malenanı hər ilin aprel ayında ziyarət edir.

Bir-birlərinə olan bağlılıqları ilə ürəkləri isidən leyləklər Klepatan qış başlanğıcında köç edənə qədər evin damında birlikdə yaşayırlar.

Malena və Klepatanın 16 il boyunca bir neçə balası da olub. Klepatan cənuba köç edən zaman balaların baxımına Styepan Vokik kömək edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png