ONN İnformasiya Agentliyi

Ölən atasına mesaj yazan qıza illər sonra ŞOK CAVAB GƏLDİ

Ölən atasına mesaj yazan qıza illər sonra ŞOK CAVAB GƏLDİ
28 Oktyabr 2019 - 18:47

23 yaşındakı Çastiti Peterson atası vəfat etdikdən sonra 4 il boyunca ona hər gün mesaj yazdı. Aldığı duyğu dolu cavab onu təəccübləndirdi.

ONN media  xəbər verir ki, atasının ölümünün 4 cü il dönümünə az qalmış ”sabah mənim üçün ağər gün olacaq” başlığı altında ölmüş atasına mesaj göndərir. Çastiti atasının vəfatından sonra ilk dəfə yazdığı mesaja cavab alır. Atasının telefon nömrəsini işlədən Bred adlı biri ona duyğu dolu cavab yazıb göndərir.

Bred mesajda ”Salam, əzizim. Mən sənin atan deyiləm, lakin son 4 ildir sənin mesajlarını oxuyuram. Səhərlər yazacağın “sabahın xeyir”, axşamlar gününün necə keçdiyindən bəhs etdiyin mesajlarını səbirsizliklə gözləyirəm.
Mənim adım Breddir. Qızımı 2014 cü ildə avqust ayında maşın qəzasında itirmişəm. Və o gündən bəri sənin yazdığın mesajlar məni həyata bağlayır. Sən mənə mesaj atmağa başlayanda bunu İlahidən mənə göndərilən ismarıc olaraq gördüm.
Atanı itirdiyin üçün dərin təəssüf hissi keçirirəm. Səni illər boyu dinlədim. Necə böyüdüyünü, illərin səni necə dəyişməsinə şahid oldum. Dəfələrlə mesajına cavab vermək istəsəm də, qəlbini qırmaq istəmədim.
Sən qeyri-adi birisən və əminəm ki, qızım yaşasaydı, sənin kimi biri olardı. Mənə hər gün mesaj göndərdiyin və Allahın varlığını xatırlatdığın üçün təşəkkür edirəm. Çətin zamanlar yaşadığın üçün təəssüflənirəm, lakin səninlə fəxr edirəm”.
Çastiti ona yazılan mesajı ”İnstagram” hesabında yayımlayaraq, ”artıq atamın dincəlməsinə icazə verə bilərəm” sözlərini yazıb. (ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png