ONN İnformasiya Agentliyi

Qaçırılan körpə 55 ildən sonra tapıldı və…

Qaçırılan körpə 55 ildən sonra tapıldı və…
21 Dekabr 2019 - 3:58

ABŞ-da 55 il əvvəl oğurlanan uşaq tapılıb.

ONN media xəbər verir ki, Dora Fronçak adlı qadım 1964-cü ildə oğlan uşağı dünyay gətirib. Növbəti gün palataya daxil olan və tibb bacısı olduğunu söyləyən qadın uşağı həkimin yanına aparmaq adlı ilə götürərək aradan çıxıb. Həmin hadisədən sonra qadını tapmaq mümkün olmayıb. İki ildən sonra Nyu-Cersidə Dora Fronçakın oğluna bənzəyən oğlan uşağı tapılıb. Onu ehtimal olunan anasına qaytarıblar.

2014-cü ildə genetik testlər göstərib ki, Françak Nyu-Cersidən olan uşağın anası deyil. Federal Təhqiqat Bürosu bundan sonra axtarışları bərpa edib.

Nəhayət, bu il qadının əsl oğlu tapılıb. 55 yaşlı kişinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Onun hansı məqsədlə qaçırıldığı isə məlum deyil.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png