ONN İnformasiya Agentliyi

Telefonlar insanı qocaldır – ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Telefonlar insanı qocaldır – ALİMLƏRDƏN XƏBƏRDARLIQ
26 Oktyabr 2019 - 5:00

Telefondan çıxan mavi işıq qocalma prosesini sürətləndirir.

ONN media bildirir ki, ABŞ alimlərinin fikrincə kompyuter monitorundan və mobil telefonlardan çıxan mavi işıqla uzun zaman təmasda olmaq orqanizmin yaşlanmasını sürətləndirir. Onlar bu barədə tədqiqatın nəticələrinə əsaslanaraq deyiblər.

Tədqiqat qrupu 2 qrupa bölünmüş milçək üzərində təcrübə keçirib. Bir böcək qrupu qaranlıq yerdə 12 saat, digər qrup işıqlı mavi “LED” işıqları olan otaqda saxlanılıblar. Nəticəsə isə məlum olub ki, 2-ci qrup həşəratlar birincilərdən az yaşayıblar.

Mavi işığın milçəklərin göz pərdəsi və beyin hüceyrələrini məhv etdiyi ortaya çıxıb. Bundan əlavə məlum olub ki, mavi işıq kor həşaratlara da eyni təsir göstərib.

Alimlər təcrübə nəticələrinə əsaslanaraq, süni işıqdan artıq istifadə insan üçün də təhlükəli ola bildiyi qənaətinə gəliblər. Onların fikrincə mavi işıq həşərat və insanlara eyni zərər verir. (ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png