ONN İnformasiya Agentliyi

31 yanvar Ələsgər Ələkbərovun vəfat etdiyi gündür

31 yanvar Ələsgər  Ələkbərovun vəfat etdiyi gündür
31 Yanvar 2022 - 11:00

Unutmayaq, unutdurmayaq!

31 yanvar Azərbaycanın görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti Ələkbərov Ələsgər Hacıağa oğlunun vəfat etdiyi gündür.

Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb.

1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli (“Ölülər”), ikinci bələdiyyə (“Hücum”) kimi yaddaqalan obrazlar yaradıb. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən Bakıdan Gəncəyə köçüb.

Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb. Teatrda Maktuf (“Maqbet”), şah Zeyir (“Şahnamə”), Aydın (“Aydın”), Heydərbəy (“1905-ci ildə”), Fərhad (“Fərhad və Şirin”) və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz – Vaqif (“Vaqif”) və Otello (“Otello”) yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən “Varislər” filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi (“Böyük dayaq”), Fətəli xan (“Fətəli xan”) kimi yaddaqalan rollarda oynayıb. “Lətif”, “Almaz”, “Kəndlilər”, “Leyli və Məcnun”, “Uzaq sahillərdə” filmlərində rollar alıb. 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png