ONN İnformasiya Agentliyi

Arif Babayevdən YENİ XƏBƏR VAR

Arif Babayevdən YENİ XƏBƏR VAR
13 Avqust 2021 - 12:32

Türkiyədə bir aylıq müalicə kursu keçən xalq artisti Arif Babayev Azərbaycana qayıdıb.

ONN media xəbər verir ki, bu barədə Report-a xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: “Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkinə nisbətən daha yaxşıdır. Yenə də müalicəsi davam etdirilir, dərmanlar qəbul edir”.

Y.Babayev deyib ki, bu müddətdə sənət dostları və tələbələri Xalq artistini tək buraxmayıb, tez-tez onu ziyarətə gəliblər.

Xatırladaq ki, bir müddət əvvəl səhhəti pisləşən Arif Babayev müalicə üçün Türkiyəyə aparılmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png