ONN İnformasiya Agentliyi

Azərbaycanda yarım milyon büdcəsi olan film çəkildi

Azərbaycanda yarım milyon büdcəsi olan film çəkildi
07 Mart 2019 - 11:20

Ötən gün Azərbaycan istehsalı olan “Qız qalası” filminin premyerası keçirilib.

ONN media xəbər verir ki, fanstastik komediya janrında çəkilən ekran işinin təqdimatı Nizami Kino Mərkəzində baş tutub. 

İlham Qasımovun rejissorluq etdiyi layihədə Kəmalə Piriyeva, Elməddin Cəfərov, Reza Naji, Ziya Ağa və başqaları rol alıb. 

Qala gecəsində maraqlı məqamlardan biri isə baş qəhrəmanlardan Ziya Ağa və Çinarə Məlikzadənin gecədə iştirak etməməsi olub. Mövzu barədə danışan İ. Qasımov Çinarənin İstanbulda, Ziyanın isə Akademik Milli Dram Teatrında tamaşada olduğunu qeyd edib. 

Bildirilib ki, film Bakı şəhəri ərazisində çəkilib və büdcəsi yarım milyona yaxın olub. Həmçinin layihənin ərsəyə gəlməsində təkcə Azərbaycan yox, İran istehsalçılarının da rolu olub.  

“Qız qalası” əfsanəsinin motivləri əsasında çəkilən layihənin təxminən 20 dəqiqəsində tarixi səhnələr yer alıb. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png