ONN İnformasiya Agentliyi

Azərbaycanlı xanəndə vəfat etdi

Azərbaycanlı xanəndə vəfat etdi
04 Mart 2019 - 11:10

Xanəndə Camal Dadaşov vəfat edib.

ONN media xəbər verir ki, xanəndənin heç bir xəstəliyi olmayıb. Gecə ailəsi, doğmaları ilə birgə olub. Yatmaq üçün otağına keçərkən qəfil yıxılıb və dünyasını dəyişib.

Qeyd edək ki, Camal Dadaşov 1950-ci ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib, uzun illər Qobustan rayon Musiqi Məktəbində muğam dərsi keçib. Bir çox gənc xanəndənin, o cümlədən Muğam Müsabiqəsi-2007-nin laureatı Abgül Mirzəliyevin ustadıdır.

C.Dadaşovun oğlu, qarmon ifaçısı Nazim Dadaşov 2016-cı il 19 iyulda ağır qəza nəticəsində dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin! Kult.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png