ONN İnformasiya Agentliyi

Dilarə Əliyevadan GÖZLƏNİLMƏZ AÇIQLAMA – “Damlanın filmini heç kim izləmədi”

Dilarə Əliyevadan GÖZLƏNİLMƏZ AÇIQLAMA – “Damlanın filmini heç kim izləmədi”
02 Aprel 2019 - 18:14
Əməkdar artist Dilarə Əliyeva müğənni Damlanın çəkildiyi filmlə bağlı gözlənilməz açıqlama verib. 
ONN media xəbər verir ki, aktrisa “Səhər-səhər” verilişində bildirib ki, ifaçının rol aldığı ekran işi bəyənilməyib:
“Damlanın sevəni çoxdur. Kifayət qədər izləyicisi də var. Həmin sevənlərini nəzərə alıb, film çəkdirdi. Amma filmin baxışı olmadı.
O deməkdir ki, Damlanı sevmirlər? Əlbəttə sevirlər, amma tamaşaçı onu orada görmədi. Tamaşaçı gedib filmi izləmədisə, demək, orada nəsə düzgün deyil”.
Qeyd edək ki, Damla “Taxta ayı” və “Vəziyyət ruscadı” filmlərində rol alıb.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png