ONN İnformasiya Agentliyi

İranlı sənətçi Azərbaycan musiqisi ilə ZALI AYAĞA QALDIRDI – VİDEO

İranlı sənətçi Azərbaycan musiqisi ilə ZALI AYAĞA QALDIRDI – VİDEO
06 Dekabr 2017 - 7:30

Məşhur İranlı sənətçi Parisa Arsalani İstanbulda keçirilən “Beynəlxalq Kaman Festivalı”nda Azərbaycan musiqisindən ibarət repertuarı ilə sənətsevərləri valeh edib.

ONNmedia xəbər verir ki, Azərbaycan əsilli, tanınmış İranlı sənətçi Parisa Arsalaninin ötən həftə İstanbulda təşkil olunan konserti böyük marağa səbəb olub.

Bir çox yerli və xarici məşhur sənətçilərin səhnə aldığı Türkiyənin ən prestijli konsert salonlarından olan “Cemal Reşit Rey Konsert Salonunda” “Beynəlxalq Kaman Festivalı”nın final gecəsində konsert verən sənətçi, valehedici səsi və əvəz olunmaz çıxışı ilə sənətsevərləri bir daha özünə heyran edib.

Məşhur sənətçi bu konsertdə, Azərbaycan musiqisi və yeni albomunda yer alan repertuarından, o cümlədən “Sarı Gəlin”, “Ay Gülə Batın”, “Mən Səni Araram”, “Almanı Atdım Xarala”, “Ay İşığında”, “Ayrılıq” və Polad Bülbüloğlunun bəstəsi olan “Gəl Ey Səhər” kimi mahnıları səsləndirib.

Konsertin sonunda tamaşaçıların böyük rəğbəti və alqışlarından sonra səhnəyə qayıdan Parisa Araslani son olaraq “Ay Gülə Batını” səsləndirərək konsertini yekunlaşdırıb.

Xatırladaq ki, Parisa Arsalani bu günə qədər dəfələrlə Azərbaycanın bir çox dəyərli mükafatlarına layiq görülüb. (oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png