ONN İnformasiya Agentliyi

Nərgiz Cəlilova yeni vəzifəyə təyin olundu

Nərgiz Cəlilova yeni vəzifəyə təyin olundu
24 Sentyabr 2020 - 15:39

Azərbaycan Televiziyasında (AzTV) tanınmış teleaparıcı Nərgiz Cəlilovaya yeni vəzifə həvalə olunub.

ONN media xəbər verir ki, bu barədə  AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Bildirilib ki, teleaparıcı dövlət televiziyasında Aparıcılar qrupunun bədii rəhbəri vəzifəsinə təyin olunub. N.Cəlilova bununla yanaşı, AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasındakı kafedra müdiri vəzifəsində də fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, N.Cəlilova 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında işə başlayıb. Daha sonra o, müxtəlif televiziyalarda aparıcı, prodüser və digər vəzifələrdə çalışıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png