ONN İnformasiya Agentliyi

Şəhid polkovnik Raquf Orucova həsr olunmuş sənədli filmin təqdimatı keçiriləcək

Şəhid polkovnik Raquf Orucova həsr olunmuş sənədli filmin təqdimatı keçiriləcək
26 İyun 2018 - 21:07

2016-cı ilin aprel şəhidi polkovnik Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” sənədli filminin təqdimatı keçiriləcək.

Mətbuat Şurasından ONN media -ya verilən məlumata görə, təqdimat sabah Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.

Mətbuat Şurasının təşəbbüsü ilə keçiriləcək toplantıda kütləvi informasiya vasitələrinin təmsilçiləri, dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, “Ruhun həsrəti” sənədli filmi Mətbuat Şurasının Veysəloğlu şirkəti ilə birgə layihəsi əsasında çəkilmiş sayca ikinci ekran işidir. Bundan öncə 2016-cı ilin aprel şəhidləri olan pilotlarımıza həsr olunmuş “Aprel şəkilləri” sənədli filminin təqdimatı olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png