ONN İnformasiya Agentliyi

Yeni layihə: “Gəlin teatra gedək”

Yeni layihə: “Gəlin teatra gedək”
28 Yanvar 2019 - 12:28

Sumqayıt Dövlət Dram Teatrı yeni layihəyə start verib.

ONN media xəbər verir ki, teatrın təbliği yönündə bir neçə tanıdıcı və maarifləndirici layihələr gerçəkləşdirən Sumqayıt teatrı bu qəbildən daha bir layihəni uğurla həyata keçirib.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidovun sözlərinə görə, “Gəlin teatra gedək” adlanan layihədən məqsəd gənc və orta nəsil nümayəndələrinin həftəsonu istirahətlərinin bir neçə saatını məhz teatra ayırmalarını təmin etməkdir.

Yeni layihəyə əsasən Sumqayıt Dövlət Dram Teatrında hər ay mütəmadi olaraq həftəsonu fərqli janrda tamaşalar nümayiş etdiriləcək. Layihə çərçivəsində artıq ilk tamaşa şənbə günü təqdim olunub. Con Patrikin “Qarını öldürməliyik?” əsəri əsasında hazırlanan psixoloji dramda rolları Əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Sədaqət Nuriyeva, İzaməddin Bağırov, Cəlal Məmmədov və aktyor Yalçın Səlimov ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Tatyana Şevçenko, quruluşçu rəssamı Elena Karpenkodur.

Yanvarın 27-də Xalq artisti Firudin Məhərrəmovun quruluşunda Turqut Özakmanın “Ocaq” əsərinin səhnə versiyası da tamaşaçılara təqdim olunub. Tamaşada Əməkdar artistlər Rauf Ağakişiyev, Cəlal Məmmədov, Xatirə Süleymanova, Fəranə Musayeva, aktyorlar Şəhla Məmmədova, Şəmistan Süleymanlı və Oktay Mehdiyev rol alıblar.

Layihə çərçivəsində göstərilən tamaşalar maraqla qarşılanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png