ONN İnformasiya Agentliyi

Damarlarını doğradı, polisə yalan danışdı

Damarlarını doğradı, polisə yalan danışdı
25 Avqust 2020 - 19:22

Ağstafa rayonunda 36 yaşlı kişi özünə xəsarət yetirməklə intihara cəhd edib.

ONN media xəbər verir ki, rayon sakini, 36 yaşlı Samir Cəlilov ülgüclə qoluna xəsarət yetirərək damarlarını kəsib.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb, müayinə və müalicə edildikdən sonra ambulator müalicəyə göndərilib.

S.Cəlilov bir neçə saatdan sonra xəstəxanya qayıdaraq onu avtomobil vurduğunu deyib. Yenidən müayinə edilən S.Cəlilovun bədənində özünə ülgüclə yetirdiyi xəsarətdən başqa heç bir zədə aşkar olunmayıb. Xəstəxananın növbətçi həkimi polisə məlumat verib. S.Cəlilov polisə yalan ifadə verərək naməlum avtomobil tərəfindən vurulduğunu və sürücünün hadisə yerindən qaçdığını bildirib.

Polis tərəfindən aprılan araşdırmalar nəticəsində həmin şəxsin avtomobilin onu vurması haqda dedikləri öz təsdiqini tapmayıb.

Hazırda onun hansı səbəbdən özünə xəsarət yetirməsi və məsələnin digər təfərrüatı araşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png