ONN İnformasiya Agentliyi

Həkim koronavirusa yoluxduğu üçün xəstəxana bağlanıb?- Açıqlama

Həkim koronavirusa yoluxduğu üçün xəstəxana bağlanıb?- Açıqlama
16 May 2020 - 16:40

Sosial şəbəkələrdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətinin məhdudlaşdırılması barədə məlumat yayılıb.

Qeyd olunur ki, səhiyyə müəssisəsinin həkimlərindən biri koronavirusa yoluxub, nəticədə, xəstəxananın fəaliyyəti məhdudlaşdırılıb, yalnız reanimasiya şöbəsi fəaliyyət göstərir.

Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) ilə əlaqə saxladıq.

ONN media xəbər verir ki, TƏBİB-in Mətbuat katibi Rəvanə Əliyeva “oxu.az”a açıqlamasında bildirib ki, qurum tərəfindən kiminsə yoluxması və adı-soyadı açıqlanmır:

“Yoluxan, ola bilsin ki, həkimdir, amma bu barədə bizim qurum məlumat vermir. Xəstəxananın bağlanması və ya fəaliyyətinin məhdudlaşdırılması barədə informasiya yoxdur.

İstənilən tibb müəssisəsində, xəstəxanada dezinfeksiya işləri aparıla bilər. Bununla bağlı qısamüddətli məhdudlaşdırılma tətbiq oluna bilər, bu da qeyd edilən məsələ ilə əlaqədar deyil”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png