ONN İnformasiya Agentliyi

Güclü qar yollarda çətinlik yaradır

Güclü qar yollarda çətinlik yaradır
26 Mart 2024 - 22:26

Gədəbəy rayonuna güclü qar yağıb.

ONN media-nın məlumatına görə, günortadan yağmağa başlayan qar axşama doğru daha da intensivləşib.

Qar örtüyünün qalınlığı rayon mərkəzində 5-10 santimetrə, ucqar kəndlərdə isə 15-20 santimetrə çatır. Qarlı hava şəraiti rayonun mərkəzi, o cümlədən dağ yollarında avtomobillərin hərəkətində çətinlik yaradıb. Bir neçə avtomobil yolda qalıb.

Əraziyə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşları cəlb olunub. 

Hazırda müvafiq qurumlar tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin bərpası üçün tədbirlər görülür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png