ONN İnformasiya Agentliyi

Rusiyadan Ermənistana yük daşıma dayandı: yüzlərlə maşın…

Rusiyadan Ermənistana yük daşıma dayandı: yüzlərlə maşın…
24 Dekabr 2021 - 17:39

Rusiyadan Ermənistana yük daşınmasında ciddi problem yaranıb.


ONN media  xəbər verir ki, buna səbəb Lars yolunun hava şəraitinə görə bağlanmasıdır.

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bildirib ki, Gürcüstan tərəfdə 500, Rusiya tərəfdə isə 150-ə yaxın erməni maşını yolda qalıb.

Erməni mediası yazır ki, yük daşınmasından yaranan problemlər iş adamlarına külli miqdarda ziyan vurur. Yük daşıma şirkətləri hər gün sürücülərin ehtiyaclarını qarşılamaq üçün pul ödəməlidir, bununla yanaşı, yeni il ərəfəsində mal gətirib satmaq istəyən idxalçılar çətin vəziyyətlə üzləşib. Şirkətlər sifariş verdikləri malların pulunu ödəyiblər, amma gecikməyə görə bayram ərəfəsində satışı təşkil edə bilmədikləri üçün ziyan çəkirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png