ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Ermənistan ordusu Kəlbəcər istiqamətində təxribat törədib

SON DƏQİQƏ: Ermənistan ordusu Kəlbəcər istiqamətində təxribat törədib
29 Avqust 2021 - 14:05

“Qarşı tərəfin yaydığı məlumat tam yalandır və təxribat xarakteri daşıyır”.

ONN media  xəbər verir ki, bunu Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın 2 saatdək davam etməsi və hərbçilərimiz arasında yaralıların olması barədə Ermənistan tərəfinin yaydığı məlumatla bağlı Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bu cür məlumatları yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralanlar barədə məlumatları gizlətmək məqsədi güdür: “Əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab atəşilə qarşı tərəf susdurulub.

Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun bölmələri arasında yaralanan yoxdur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png