ONN İnformasiya Agentliyi

Yevlaxda 3 otaqlı ev partladı – YARALI VAR

Yevlaxda 3 otaqlı ev partladı – YARALI VAR
19 İyun 2020 - 23:25

Yevlax rayonunun Aşağı Bucaq kəndində yanğın hadisəsi baş verib.

ONN media  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki , ümumi sahəsi 126 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin lambirindən ibarət tavanı 15 m sahədə yanıb.

Partlayış dalğasının təsirindən evin giriş qapısı yerindən çıxıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png