Həkim Rob Qallouey özünü daha yaxşı hiss etmək üçün qəhvəni və səhər yeməyini hansı vaxtda qəbul etməyin daha məqsədəuyğun olduğunu izah edib.
ONN media xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Qallouey ilk fincan qəhvə üçün oyandıqdan təxminən 25-30 dəqiqə sonranı ideal vaxt adlandırıb. O bildirib ki, səhər yuxudan duran kimi bir stəkan su içir, dişlərini təmizləyir, 10 dəqiqəlik yüngül idman hərəkətləri edir və yalnız bundan sonra qəhvə içir.
Həkimin sözlərinə görə, oyandıqdan sonra bir saat ərzində qəhvə içməmək barədə yayılan tövsiyələr hormon proseslərinin səhv izahına əsaslanır.
"İlk 60 dəqiqədə orqanizmdə kortizol səviyyəsi artır və guya kofein bu prosesə mane olur. Əslində isə mütəmadi qəhvə içən insanlarda kofeinə qarşı tolerantlıq formalaşır və zamanla o, kortizolun artımına təsir göstərmir", – deyə Qallouey qeyd edib.
Mütəxəssis əlavə edib ki, bir fincan qəhvədən sonra özündə 30 dəqiqəlik kardio məşqi üçün kifayət qədər enerji hiss edir. Daha sonra duş qəbul edir və yalnız bundan təxminən bir saat sonra səhər yeməyi yeyir.
"Mən adətən oyandıqdan 90 dəqiqə sonra, iştaha yaxşı yarananda qidalanmağa çalışıram", - deyə həkim vurğulayıb. Onun sözlərinə görə, səhər yeməyində yumurta, kəsmik, həmçinin giləmeyvə, qoz-fındıq və toxumlarla zəngin böyük porsiya yulaf sıyığı yeyir.



Bu 5 əlamət varsa, qəhvəni tərgidin!
Qəhvə bu hallarda yuxuya səbəb olur - DİQQƏT!
Espresso qəhvəsi kişilər üçün zərərlidir - Səbəb
İki fincan qəhvə içsəniz... - MÖCÜZƏVİ QORUYUCU
Bu məhsulları qəhvə ilə qətiyyən QARIŞDIRMAQ OLMAZ - XƏBƏRDARLIQ
Qəhvə sevənlərinə həkimdən XƏBƏRDARLIQ
Qəhvə içməyin faydaları nələrdir?
Gündə 3 fincan qəhvə içmək... - YENİ ARAŞDIRMA
Acqarına qəhvə içmənin zərərləri
Gündə 3 fincan qəhvə içsəniz...
Qəhvə içənlərin diqqətinə!
Qəhvə sevənlər üçün: frappe
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
Həkimlərdən xəbərdarlıq: Kofeyə yox deməyin vaxtı gəlib?
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Oktay Kaynarcadan sevənlərinə SÜRPRİZ
Rayonlarda pensiyalar nə vaxt veriləcək?
Lavrovla Fidan görüşdü
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Sabah Bakıda 34° isti olacaq
Flora Kərimovanın son VƏZİYYƏTİ
İyunun 21-də keçiriləcək imtahanla bağlı vacib açıqlama
İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi
Azərbaycanda Məhərrəm ayı başlayıb
Bakının bu iki rayonunda işıq OLMAYACAQ
Milli Qəhrəman Muxtar Qasımovun şəhidliyindən 34 il ötür 