ONN İnformasiya Agentliyi

Öskürəyi anında kəsən təbii vasitə

Öskürəyi anında kəsən təbii vasitə
09 Yanvar 2018 - 12:28

Orqanizmdə soyuqdəymənin nəticəsində zökəm, öskürək kimi simptomlar yaranır. Vitaminlərlə zəngin olan orqanizm qurduğu mübarizədə soyuqdəyməni asanlıqla dəf edir. Lakin immun sistemi zəif olan orqanizmlər isə müdafiəsi aşağı olduğu üçün soyuqdəyməyə qarşı dözümsüz olurlar. Və bununla da insan məcburiyyətdən pereparatlar, antibiotiklər qəbul etməli olur.
ONN media soyuqdəymə hallarında oxucularına qısa müddətdə təsir edən ən güclü təbii vasitələri araşdırıb.
-1 çay qaşığı biyan kökü, 1 çay qaşığı dəvədabanı, 1 çay qaşığı bağayarpağı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin. Bu otlar bəlğəmgətirici və iltihabəleyhinə təsir edir, öskürəyin sağalmasını tezləşdirir.
– 1 baş soğan, 1 baş sarımsaq, 0.5st bal. Soğan və sarımsaq, soyulur, yuyulur, doğranılır sonda bal əlavə edilib qarışdırılır. Gündə 3 dəfə 1ç.q qaşığı su ilə içilir. Çox güclü antibiotik əvəzləyicidir.
– Ağ turp və bal qarışığı quru öskürəyi tamamilə təmizləyir.
Süddə bişirilmiş yulaf yarması hər gün davamlı yeyilməsi öskürəyi aradan qaldırır.
Orta ölçüdə yaş zəncəfil, 1limon, 1ç.q darçın və 1 st. bal. İnqredientlər xırdalanıb balla qarışdırılır. Gündə 1 ç.q qəbul edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png