ONN İnformasiya Agentliyi

Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
21 Noyabr 2021 - 17:28

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 256 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3509, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5325, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 16 422 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 292 434, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 050 602, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 524 841, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 716 991 təşkil edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png