ONN MEDİA

Tum çırtlamaq appendisitə səbəb ola bilər?

Tum çırtlamaq appendisitə səbəb ola bilər?
02 Avqust 2019 - 4:18

Appendisit kor bağırsağın soxulcanvari çıxıntısının (appendiksin) iltihabıdır. Appendisit çox yayılmış pozulmadır.

Bəzən eşitmək olur ki, tum çırtlamaq appendisitin inkişafına səbəb ola bilər. Maraqlıdır, bu həqiqətən belədirmi?

Rusiyanın NTV kanalında yayımlanan “NaşPotrebNadzor” verlişinin ekspertləri xəbərdarlıq edir ki, bunun ehtimalı az olsa da, bu həqiqətən mümkündür. Lakin buna səbəb təmizlənmiş tum deyil, tumun qabıqları  ola bilər. Bu qabıqlar mədədə həzm olunmur və bağırsaqlar boyu “səyahət etdikdən” sonra təbii yol ilə çölə çıxır.

Appendiks kor bağırsağa açılır və bu çıxış yeri çox ensizdir. Appendisitin yayılmış səbəbləri arasında bu yerin mexaniki olaraq tıxanmasıdır. Əgər tumun qabığı bu yeri bağlayarsa, appendiksdə durğunluq və iltihab yaranır, mikrobların, toksinlərin sayı artır, irinləmə başlayır. Nəticədə appendisit yaranır.

ONN media xəbər verir ki, bu səbəbdən mütəxəssislər tum yeyəndə diqqətli olmağa çağırır, tumları təmizlənmiş halda almağı və ya dişlərlə deyil, əllə təmizləməyi tövsiyə edirlər.

Tum qabıqlarından əlavə belə vəziyyətin yaranmasına üzüm, nar tumları və həzm sisteminə düşən bir çox digər bərk, həll olunmayan hissəciklər səbəb ola bilər.  (saglamolun.az)

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png