ONN İnformasiya Agentliyi

Eks-prezident bundan sonra…

Eks-prezident bundan sonra…
23 May 2018 - 6:30

ABŞ-ın keçmiş prezidenti Barak Obama xanımı Mişel Obama ilə birlikdə internet üzərindən film və verilişlərin yayımı ilə məşğul olan "Netflix” şirkətiylə uzunmüddətli müqavilə bağlayıb.

ONN media xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı eks-prezident bundan sonra xanımı ilə müxtəlif mövzularda film və serial çəkəcək. Obamalar üçün hətta "Higher Ground Productions” adlı xüsusi şirkət də yaradılıb.

"Biz dövlət aparatında işləyəndə bizim üçün ən böyük xoşbəxtlik həyatın müxtəlif sferalarında çalışan insanlarla tanış olmaq şansımızın olması idi. Bu səbəbdən Mişellə birlikdə "Netflix”lə əməkdaşlığa başladıq və inanırıq ki, istedadlı, yaradıcı insanları tanıtmağa kömək olacağıq”, – deyə Obama açıqlamasında bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png