ONN İnformasiya Agentliyi

Eurovision mahnı yarışması: Ən qəmgin mahnılar Azərbaycandandır

Eurovision mahnı yarışması: Ən qəmgin mahnılar Azərbaycandandır
13 May 2018 - 6:58

Eurovision yüksək tempi və hərəkətliliyi ilə məşhurdur, amma mahnının qalibiyyətinin əsas sirri onun qəmginliyində ola bilər.

ONN media xəbər verir ki, "Eurovision yarışmasında mahnıların qalib olması üçün xüsusi düstur varmı?" sualına cavab axtarmaq üçün 2006-cı ildən bu günə qədər iştirak edən mahnılara nəzər saldıq.

Cavab bu oldu ki, 12 müsabiqənin 8-də qaliblər adi mahnılardan daha qəmgin mahnılar ifa edib.

Əgər maraqlıdırsa, keçən ilin Eurovision qalibi Salvador Sobral-ın ifa etdiyi "Amar Pelos Dois" mahnısı da qalib qəmgin mahnılar arasındadır.
Eurovision mahnıları getdikcə həzin və qəmgin olmağa başlayır. Bu ilin mahnıları 2006-cı ildəki mahnılarla müqayisədə 30% daha qəmgin mahnılardır.

Əgər Eurovision müsabiqəsinin şən mahnılardan ibarət olmasını düşünürsünüzsə, bütün ümidlərinizi itirməyin.

Məsələn, 2010-cu ildə Lenanın ifa etdiyi "Satellite" mahnısı və 2006-cı ildə Lordi-nin ifa etdiyi "Hard Rock Hallelujah" mahnıları qələbə qazanmışdı.

Azərbaycan, Sloveniya və Slovakiya ən qəmgin mahnı göndərən ölkələrdir.

Andorra isə ən şən mahnı göndərən ölkədir, lakin ölkə yarışmada cəmi dörd dəfə iştirak edib.

Türkiyənin 2012-ci ildən sonra yarışmada iştirak etmədiyinə baxmayaraq, Türkiyə və Ukraynanı da şən mahnılı ölkələr siyahısına salmaq olar.

Birləşmiş Krallıq yarışmada həm şən, həm də qəmgin mahnılarla iştirak edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png