ONN İnformasiya Agentliyi

İradə İbrahimova qayınanası haqqında elə sözlər dedi ki…

İradə İbrahimova qayınanası haqqında elə sözlər dedi ki…
31 Avqust 2019 - 17:18

“Mən öz ana-atasından başqa heç kimə ana-ata deməyən övlad olmadım. Bunu siz də mənim kimi edin deyə paylaşmadım. Bəlkə, ana-ata deyib çağırmamısınız, amma valideynlərinizlə eyni səviyyədə sevmisiniz. Hər zaman onlara ana-ata deməklə, öz valideynlərimə olan sevgimdən azaldıb, onlara vermədim. Əksinə, onlardakı ana-ata sevgisini çoxaltdığımı düşünmüşəm. Çünki onlar sevdiyim bir insanın valideynləridir və ən əsası ana və atadılar, yəni layiqdilər”.

ONN media publika -ya istinadən xəbər verir ki, bu sözləri türk vətəndaşı Ceygun İzerlə evli olan 39 yaşlı müğənni İradə İbrahimova instaqramda yazıb. Qayınanasının ünvanına sevgilər yağdıran və onu ad günü münasibətilə təbrik edən müğənni ürək sözlərini belə ifadə edib:

“Anamın nənəmə “ana” deyə, səslənməyi hələ də qulağımdadır. Nur içində yat, nənə. Heç kimsə başqasının nə yaşadığını bilə bilməz. Bəlkə də söyləməyənlərin, qınanılmayacaq səbəbləri var. Atamı ayrı, anamı başqa çox istəyirəm. Onlara qayınana, qayınata yazmağa əlim gəlmir. Hərdən danışanda “qayınana” deyəndə, üzüm qızarır. Anam da “qızınızdır” deyə, soruşulanda, “sayılır” cavabını verir.

Atam aramızda yoxdur. Amma nəsihətləri, əməlləri həm övladlarına, həm də tanıyan hər kəsə bələdçi oldu. Anamı isə, Allah başımızın üstündən əskik etməsin. Bu həyatdakı ən böyük mükafatlarımdandır. Əlimdən gəldiyi qədər onun dualarını almağa çalışdım”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
İradə İbrahimova qayınanası haqqında elə sözlər dedi ki…
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png