ONN İnformasiya Agentliyi

Məşhur repçi paylaşımı ilə gündəm oldu – FOTO

Məşhur repçi paylaşımı ilə gündəm oldu – FOTO
21 Yanvar 2020 - 23:14

“Qurd” ləqəbi ilə şou-biznesdə tanınan repçi Fərid Eminov paylaşımı ilə gündəmə gəlib.

ONN media Oxu.Az-a istinadən xəbər verir ki, repçi şəxsi “Facebook” hesabında musiqiçi və bəstəkar Leyla Namazzadə ilə münasibətdə olduğunu işarələyərək diqqətləri üzərinə çəkib.

Cütlüyün münasibətdə olması izləyicilərə sürpriz olub. Onların əksəriyyəti Fərid ilə Leylanın “münasibətdədirlər” paylaşımına xoş sözlər yazaraq, ikilini təbrik yağışına tutublar. 160-dan çox bəyənmə toplayan repçinin statusuna sosial şəbəkə istifadəçiləri “Eşqiniz daim olsun”, “Xoşbəxt olun” və s. kimi rəylər yazıblar. Cütlük təbriklərə heç bir reaksiya verməyib.

Qeyd edək ki, Fərid Eminov 4 ilə yaxındır ki həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 8 və 3 yaşlı iki oğlan övladı var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png