ONN İnformasiya Agentliyi

Mədətovlar ailəsi dağıldı- Soyaddan imtina edildi

Mədətovlar ailəsi dağıldı- Soyaddan imtina edildi
30 Aprel 2019 - 15:28

Şou-biznesin məşhur cütlüyü prodüser Anar və Elnurə Mədətovlar ayrılıb. 

ONN media xəbər verir ki, bir müddətdir ayrı yaşayan cütlük boşanma ərizəsini  məhkəməyə təqdim edib. Maraqlı məqam isə odur ki, Anar hələ rəsmi boşanma olmamışdan əvvəl evlənməyə hazırlaşır. 

A.Mədətov uzun müddətdir Samirə adlı xanımla sevgilidir. Prodüser vizajist sevgilisi ilə evlənməyə hazırlaşır. Hətta ötən gün onların xına mərasimi də baş tutub. 

Valideynlərinin ayrılması övladlarını da sarsıdıb. Keçmiş cütlüyün futbolçu oğlu Mahir Mədətov buna görə atası ilə danışmır. O, hətta boşanma məsələsindən sonra atasının soyadından imtina edib, anasının soyadına keçmək istəyir.

Qeyd edək ki, Elnurə Mədətova da əvvəl prodüser kimi fəaliyyət göstərirdi. Hazırda isə o, məşhur mağazalardan birinin rəhbəridir.axsam.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png