ONN İnformasiya Agentliyi

Məşhur ikili evlənmək niyyətindədir?

Məşhur ikili evlənmək niyyətindədir?
05 May 2018 - 7:10

Müğənni Murad Dalkılıçla sevgilisi, aktrisa Hande Erçelin ailə qurmağa hazırlaşdıqları iddia olunur.
 

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlcə sevgili olduqlarını hər kəsdən gizlədən cütlük ötən həftədən media qarşısına əl-ələ çıxıb. 

Verilişlərdən birinə qonaq olan 34 yaşlı Muradla və 24 yaşlı Hande aralarındakı münasibət haqda danışıblar. Hande arada mübahisə etsələr də, yaxşı yola getdiklərini, bunun gələcəkdə heç bir problem yarada bilməyəcəyini deyərək evliliyə işarə edib.
 
Murad isə "Yenidən ailə qurarsız" sualına belə cavab verib:

"Niyə də yox. Təbii ki, ailə qurmaq istəyirəm. Evlilik hər kəsin həyatında lazım olan bir şeydir".

Qeyd edək ki, aktrisa Merve Boluğurla 2 illik evliliyi ötən ilin sentyabrında bitirən Dalkılıç müsahibələrindən birində 5 ilə ata olmaq istədiyini vurğulamışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png