ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ- Günay İbrahimli həbs edilə bilər

SON DƏQİQƏ- Günay İbrahimli həbs edilə bilər
14 May 2018 - 14:31

Azərbaycanın populyar müğənnisi Günay İbrahimli həbs oluna bilər.
ONN media Xanim.az-a istinadla xəbər verir ki, artıq müğənni və anası bir neçə dəfə Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.

Xanım sponsoru Günay İbrahimli külli miqdarda pulunu mənimsəməkdə ittiham edir. İş adamı Nuriyyə Əhmədova ''Bandotdel''ə yazdığı şikayət ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkilməsi, yeni mahnıları, telekallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb.

Şikayət əsasında G.İbrahimli və anası idarəyə çağırılaraq izahatı alınıb. Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olmaları ilə bağlı ziddiyətli ifadələr veriblər. Hazırda BMCMİ-də araşdırma aparılır, şahidlər dindirilir.

Onu da bildirək ki, N.Əhmədova məhşur iş adamıdır. Azərbaycandakı tekstil biznesininin böyük hissəsində payı var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png