ONN İnformasiya Agentliyi

Xalq artisti ailəsi ilə birgə ÖLKƏDƏN GEDİR: ağladı və…

Xalq artisti ailəsi ilə birgə ÖLKƏDƏN GEDİR: ağladı və…
06 Oktyabr 2018 - 23:16

"11 il kirayə evdə qalmışam. Xoşbəxtəm ki, hər şeyi zəhmətlə əldə etmişəm. Hər bir gözəl işdə zəhmət dayanır".

ONN media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Natiq Şirinov "Şou ATV" verilişində deyib. "Gren card" qazanan və Amerikaya köçməyə hazırlaşan nağara ifaçısı göz yaşlarını saxlaya bilməyib. O, ailəsi ilə birlikdə ölkədən getdiyini deyib:

"O qədər naxələf insanlar gəldi-getdi həyatımdan. Nə molla, nə dindaram. Azərbaycanlıyam, müsəlmanam. Getmək elədir ki… Bu bir şansdır. İstəyir yüz ədəd "Green Card" udum… Bu, oğlumun arzusu idi. Sənədlərimiz hazırdır. Mayda ailəmlə birlikdə gedirəm.

Amma min Amerika olsa, xalqımı kənara atmaram. Məni bu xalq yetişdirdi. Beş manatı görüb qaçan, çörəyi dizində olan deyiləm. Ümidlə istəyimiz orada nağara məktəbi açmaqdır. Oğlumu getməzdən əvvəl evləndirmək istəyirəm, amma razılaşmır".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png